16 iyul 2011 14:26
Belarus – Azərbaycan matçının başlama saatı açıqlandı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyulun 22-də və 25-də Minsk şəhərində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, artıq hər iki oyunun başlanma saatı müəyyənləşib.
Komandalar iyulun 22-də Bakı vaxtı ilə saat 20:00-da, iyulun 25-də isə Bakı vaxtı ilə saat 18:00-da qarşılaşacaqlar.
