16 iyul 2011 16:11

Arif Əsədov: Baş məşqçi postundan getməyə hazıram

Azərbaycan çempionu "Neftçi"nin baş məşqisi Arif Əsədov bu gün jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi bir sıra maraqlı fikirlər səsləndrib:

"Azarkeşlərimizdən bir daha üzr istəyirəm. Hesab oyuna görə olmadı. Fərdi səhvlərə görə qapımızdan 3 cavabsız qol buraxdıq" – deyə Əsədov sözə başlayıb.
 
Baş məşqçi Bakıdakı oyunda qələbə qazanacaqlarına ümid etdiyini bildirib: "Zaqrebdə komanda oyununda pis təsir bağışlamadıq. 4 yüz faizli qol epizodu yarartdıq. Ancaq təəssüf ki, yararlana bilmədik. Səfər oyunu üçün bu, çox yaxşı göstəriciydi. Lakin məğlubiyyət qaçılmaz oldu. Buna baxmayaraq, ümid edirəm ki, Bakıda qələbə qazanacağıq. Çünki itirəcəyimiz bir şey yoxdu”.
 
“Dünən komandanın yığıncağı oldu. Bilirik ki, braziliyalı futbolçular avrokuboklar üçün alınıb. "Turan", "Simurq"a qarşı bir ay məşq etsəm, mən də oynayaram. Futbolçularla söhbətimiz oldu. İnanıram ki, onlar Bakıda tam fərqli çıxış edəcəklər” – deyə, Əsədov Flavinyo ilə Rodriqinyonun zəif çıxışına münasibət bildirib.
 
“Ağ-qaralar”ın çalışdırıcısı cavab matçına daha ciddi hazırlaşacaqlarını deyib: “Artıq rəqibin bir neçə oyununu izləmişik. Onların əsasən cinah müdafiəçilərinin hücuma qoşulması bizim üçün təhlükə yaratdı. Rəqibin mərkəz oyunçuları təhlükəli olduğundan bütün diqqətimizi mərkəzə yönəltdik ki, cinahlar boş qaldı və nəticədə məğlub olduq. Rəqibə əsasən sürət və tez qərar verməkdə uduzduq. Lakin Bakıdakı oyunda bu səhvlərimizdən nəticə çıxararaq qələbə qazanmağa çalışacağıq".
 
Əsədov yeni oyunçu almaması ilə bağlı da danışıb: "İstədiymiz futbolçuların transferi onların klubları ilə olan problemləri üzündən baş tutmadı. Bizim günahımız deyildi. "Neftçi"nin transferləri bəzi klublarımızın transferlərini heç də üstələmir. Onlarla müqayisədə "Neftçi"nin transferlərinin qiyməti orta səviyyədədi".

Arif bəy məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib: "Məsuliyyəti öz üzərimə götürməyə hazıram. Mən Neftçi"yə pul yox, ad qazanmaq üçün gəlmişəm. Əgər kimsə, gəlib "Neftçi"ni yuxarılara daşıya biləcəksə, mən getməyə hazıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.