16 iyul 2011 17:06
Cavid Hüseynov: Qarşımızdakı vəzifə çətin olsa da, mümkünsüz deyil
Azərbaycan çempionu "Neftçi"nin yarımmüdafiəçisi Cavid Hüseynov da bu gün keçirilən mətbuat konfransında UEFA Çempionlar Liqasının qarşıdan gələn “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıdakı oyunda qələbə qazanacaqlarına inandığını bildirib:
"İlk qola qədər xorvat azarkeşlər öz komandalarını fitə basırdılar. Çünki buna kimi bizim iki qol vəziyyətimiz olmuşdu. Lakin tədricən oyun rəqibin tərəfinə keçdi. Əgər biz səfədə 4 qol imkanı yarada bildiksə, nəyə görə bunu öz meydanımızda etməyək. İnanıram ki, biz Bakıda qələbə qazanacağıq. Qarşımızdakı vəzifə çətin olsa da, həyata keçirilməsi mümkündü".
