16 iyul 2011 17:18
Dinamo Bakıda açıq məşqə çıxacaq
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 19-da "Neftçi"nin qonağı olacaq Xorvatiyanın "Dinamo" klubunun Bakıya nə vaxt gələcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, xorvatlar Bakıya sabah gələcəklər.
Zaqreb təmsilçisi ölkəmizə çarter reysi ilə gələcək. Komanda üzvləri bazar ertəsi günü matçın keçiriləcəyi mərkəzi arenada açıq məşqə çıxacaqlar. Saat 20:30-da isə baş məşqçi Krunoslav Yurçiç və futbolçular mətbuat konfransı keçirəcək.
"Dinamo"nun "Neftçi" ilə oyunöncəsi son məşqi isə iyulun 18-də saat 21:00-da olacaq.
