16 iyul 2011 18:08
Georgiyevski: Buna mütləq inanmalıyıq
Azərbaycan çempionu "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgievski dəbu gün keçirilən mətbuat konfransında UEFA Çempionlar Liqasının qarşıdan gələn “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, səfər matçında heç də pis oynamadıqlarını bildirib:
"Əslində, səfərdə pis oynamadıq. Baş məşqçimiz gözəl taktika qurmuşdu. Ancaq meydanda futbolçular oynayır, bəzi fərdi səhvlərə görə də qapımızda qol gördük. Lakin Bakıda əsl oyunumuzu göstərməyə çalışacağıq. Buna mütləq inanmalıyıq. Əgər inanmasaq, bizdə heç nə alınmayacaq. Hər bir komandanın zəif cəhəti olur. Səfərdə "Dinamo"nun qapısı qarşısında 4-5 təhlükəli vəziyyət yarada bildik. Düşünürəm ki, "Dinamo"ya evdə bir neçə qol vurmaq olar".
