16 iyul 2011 22:10
AZAL Simurqu da yenə bilmədi
Bu gün AZAL və “Simurq” klubları növbəti mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyununda üz-üzə gəliblər. Azerisport.az xəbər verir ki, qarşılaşma başladığı kimi də başa çatıb – 0:0.
Qeyd edək ki, bu oyun Nazim Süleymanovdan sonra onun boşalan postunu tutan Elxan Abdullayevin “təyyarəçilər”in sükanı arxasındakı debüt matçı olub. Lakin o, yeni komandasındakı işinə heç-heçə ilə start verməli olub.
Qarşılaşmanı “Simurq”la danışıqlar aparan rusiyalı mütəxəssis Sergey Yudan da izləyib.
