16 iyul 2011 11:24
Domaqoy Vida: Neftçinin heç bir şansı olmayacaq
Xorvatiyanın “Dinamo” klubunun müdafiəçisi Domaqoy Vida müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən Azərbaycan çempionu “Neftçi” ilə Zaqrebdəki oyundan danışıb. Azerisport.az sizi də futbolçunun həmin müsahibədəki bəzi maraqlı açıqlamaları ilə tanış edir.
“İlk oyun haqda nə deyə bilərəm? Bu, “Maksimir”də böyük bir gecə idi. Hamını təbrik edirəm. Xüsusuilə də uşaqları, möhtəşəm azarkeşlərimizi. Onlar tribunaları dolduraraq bizi çox əla dəstəklədilər. Mən uzun müddət idi ki oynamırdım. Öz debütüm də yaxşı alındı” – deyə, Vida bildirib.
Onun sözlərinə görə, “Neftçi” “Dinamo” üçün heç bir ciddi problem yarada bilməyib: “Bu komanda bizə xüsusi çətinlik yaratmadı. Bu komanda aabir hücum etməyə cəhd göstərsə də, biz onlardan topu oğurlaya bilirdik. Hesab edirəm ki, biz öz işimizi layiqincə görə bildik. Üç cavabsız qol vurduq. Bu, bizim üçün ən arzuolunan nəticə ola bilərdi”.
Lakin Vida eyni zamanda bunları da qeyd edib: Bütövlükdə isə, “Neftçi” əls möhkəm qoza bənzəyirdi. Amma “Dinamo” daha güclüdü. Elə buna görə də onlara üç cavabsız qol vura bildik. Beləliklə də, ilk oyunda qarşımıza qoyulan vəzifənin öhdəsindən asanlıqla gəlmiş olduq”.
Domaqoy eyni zamanda hələ sevinməyin erkən olduğunu da bildirib: “Biz Bakıya böyük üstünlüklə yollanırıq. Amma arxayınlaşmamığımız çox vacibdi. Çünki hələ yolun sonuna çatmamışıq. Əgər biz cavab matçına da lazımınca köklənə bilsək, “Neftçi”nin heç bir şansı qalmayacaq”.
O, argentinalı Leandro Kufrenin yoxluğunda baş tutan debütündən də danışıb: “Kufre yenidən sıraya qayıtdıqda rəqabət artmış olacaq. Mən bilirəm ki, həmişə hazır olmaq lazımdı. Özümü həmişə doğrultmaq üçün əlimdən gələni edirəm. Məşqlərdə də çalışıram ki, növbəti oyunlarda da əsas heyətə düşə bilim”.
