16 iyul 2011 00:07
Bakı`da beş yeni futbolçu
Qarşıdan gələn mövsümün hazırlıqlarını paytaxtda davam etdirən “Bakı” öz təlim-məşq bazasında ikitərəfli oyun keçirib. Azerisport.az xəbər verir ki, bir neçə yeni futbolçuların da dəvət olunduğu oyunda komandal sarı və qırmızı olmaqla iki hissəyə bölünüb.
Hər hissəsi 20 dəqiqə olmaqla 3 hissədən ibarət oyun qırmızıların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu oyunda 5 yeni futbolçu baxışdan keçirilib. Bu futbolçulardan ikisi əvəzedici komandamızın üzvü Raul Yaqubzadə və Eltun Hüseynovdu. Digər üç futbolçu Zabit Səfərov, Vasif Əliyev və İlqar Abdurəhmanov idi.
Onu da qeyd edək ki, cərrahiyyə əməliyyatından qayıdan və fərdi məşqlər edən Əziz Quliyev oyunda iştirak etməyib.
