16 iyul 2011 12:07
Neftçinin cavab matçı üçün bütün hakimlər açıqlandı
"Neftçi" PFK-nın UEFA Çempionlar Liqasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə keçirəcəyi ikinci təsnifat mərhələsinin cavab oyununa köməkçi hakimlərin də təyinatı açıqlanıb. Azerisport.az xəbər verir ki, estoniyalı baş hakim Hannes Kaasikə həmyerliləri - Marko Livand və Yaanus Mutli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Rumer Tarayev yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 19-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Dinamo" oyunu saat 21:00-da başlanacaq.
