16 iyul 2011 00:51
Aleksandar Starkov: Onlar haqda qərar verməmişik
“Bakı”nın baş məşqçisi Aleksandar Starkov komandasının hazırlıqlarının gedişi və baxışda olan yeni futbolçular haqqında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bunları dilə gətirib:
“Baxışa beş futbolçu dəvət olunub. Bunlar əvəzedici komandanın üzvləri və əvvəllər “Bakı”da top qovmuş futbolçulardı. İkitərəfli oyunda əsas məqsəd komandanın və ayrı-ayrılıqda oyunçuların hazırlıq səviyyəsini müəyyənləşdirmək idi. Baxışda olan hər hansı bir futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalıb oynayacaq. Ancaq hələ fikir söyləmək tezdi, bu barədə qərar verməmişik”.
