16 iyul 2011 00:38
“Bakıda Dinamoya buraxdığımız qədər qol vurmağa çalışacağıq”
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Xorvatiya “Dinamo”suna (Zaqreb) 0:3 hesablı yenilgidən və cavab matçındakı şanslarından danışıb.
- Zaqrebdə nə baş verdi? “Neftçi” niyə öz gücünü göstərə bilmədi?
- Bu, sizin fikrinizdi ki, biz pis oynadıq. Mən isə hesab edirəm ki, bizim oyunumuz kifayət qədər normal idi. Bizi öz meydanında qəbul edən rəqib 37-ci dəqiqəyə qədər qapımız qarşısında heç bir təhlükəli vəziyyət yarada bilməmişdi. Biz səfər oyununda heç də pis təsir bağışlamır, əks-hücumlar təşkil edirdik.
- Deməli, tənqidləri qəbul etmirsiz?
- Düzünü deyim ki, ilk qolu buraxmağımız komandaya qətiyyən təsirini göstərmədi. Amma ikinci qol bizi öldürdü. Paltardəyişmə otağından çıxan kimi sənə qol vururlar. Halbuki, qalan hər şey qaydasında gedirdi. Maraqlıdı, Mpenza əlinə düşən vəziyyətlərdən birini reallaşdıra bilsəydi, nə deyəcəkdilər?
- O ki vura bilmədi...
- İnanın, bu nəticə bütün komandanı çox məyus edib. Bizə də çox üzücüdü. “Neftçi” elə də pis oyun sərgiləmədi ki, belə böyük hesabla uduzsun. Avstriyadakı təlim-məşq toplanışında biz çox yaxşı təsir bağışlayırdıq.
- Bəzi futbolçuların əsdiyi hiss olunmurdu?
- Ola bilər ki, televiziya vasitəsilə belə görünsün. Axı məlum səbəblərdən gərginlik çox idi. İstənilən halda baş məşqçi hər kəsin səhvini ona göstərir.
- Ola bilər ki, televiziya vasitəsilə belə görünsün. Axı məlum səbəblərdən gərginlik çox idi. İstənilən halda baş məşqçi hər kəsin səhvini ona göstərir.
- Futbolçular arasında anlaşma o qədər də yaxşı deyildi. Baxmakayaraq ki, yayda komandaya sadəcə qapıçı Saşa Stamenkoviç qoşulub...
- Mən deməzdim ki, komanda üzvləri arasında anlaşma səviyyəsi aşağı idi.
- “Neftçi” altı il sonra Çempionlar Liqasına qayıtdı. Bu qayıdışı bir kəlmə ilə necə xarakterizə edə bilərsiz?
- Heç nə ilə. Belə qayıdışı heç kim istəməzdi.
- İkinci oyuna nəyin xatirinə çıxmaq olar?
- Azarkeşləri düşünmək lazımdı. Klub rəhbərliyinin xatirinə oynamaq lazımdı. Hansı ki, mətbuat tərəfindən çox tənqid olunurlar. Yeri gəlmişkən, rəhbərlik heç nədə günahkar deyil. Meydana çıxanlar biz futbolçularıq. Tənqidləri də bizə ünvanlayın.
- Azarkeşləri düşünmək lazımdı. Klub rəhbərliyinin xatirinə oynamaq lazımdı. Hansı ki, mətbuat tərəfindən çox tənqid olunurlar. Yeri gəlmişkən, rəhbərlik heç nədə günahkar deyil. Meydana çıxanlar biz futbolçularıq. Tənqidləri də bizə ünvanlayın.
- Mərkəzi arenada anşlaq olmasa, məyus olacaqsız?
- Əlbəttə, çox istərdik ki, anşlaq olsun. Amma olmasa da, nə etmək olar? Oynamalı, daha yaxşı oynamalı olacağıq. “Dinamo”ya buraxdığımız qədər qol vurmağa çalışacağıq.
