16 iyul 2011 00:47
Neftçi bu gün mətbuat konfransı keçirəcək
Azərbaycan çempionu "Neftçi"nin rəhbərliyi UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyunundan öncə mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, mətbuat konfransı bu gün - iyulun 16-da "Trend" İnformasiya Agentliyinin konfrans zalında olacaq.
Tədbir saat 15:00-da başlayacaq.
