16 iyul 2011 13:08
Qarabağ vətənə döndü, Qurbanov futbolçulara istirahət vermədi
“Qarabağ” artıq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, iyulun 14-də Farer adalarında “Streymur”la qarşılaşan komandamız bu səhər vətənə dönüb.
Səhər saat 5:00 olmasına baxmayaraq sadiq azarkeşlər yenə də komandanı tək buraxmayıblar. Aeroporta gələrək futbolçuları dəstəkləyən ağdamlı fanatlar komandaya inandıqlarını bir daha göstəriblər.
Səhər saatlarında vətənə varid olmalarına baxmayaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət verməyib. Bu gün saat 17:00-da yığışacaq komanda məşqə yollanacaq.
