17 iyul 2011 01:15
Yığmamız Sumqayıtı məğlub edə bilmədi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Sumqayıt Şəhər” klubunun əvəzedici heyəti ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Ruslan Abdullayev fərqlənib.
