17 iyul 2011 01:28
Azərbaycan millisi Ukraynada məğlubiyyətləri sıralayır
Belarusun Vitebsk şəhərində təşkil olunmuş “Kubok Drujbı 2011” turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz “Kalininqrad” komandası ilə qarşılaşıb.
Oyun 2:1 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə başa çatıb. Millimizin heyətində Ramil Əliyev fərqlənib.
Xatırladaq ki, yığmamız turnirdəki ilk iki oyununda da məğlubiyyətlə üzləşmişdi.
