17 iyul 2011 13:53

Krunoslav Yurçiç: Neftçi ilə cavab matçında bəzi dəyişikliklər edəcəm

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunoslav Yurçiç Bakıya səfər öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisinin çalışdırıcısı ilk oyunda 3:0 hesabıyla məğlub etdikləri “ağ-qaralar”la cavab görüşü öncəsi bunları söyləyib:

“Biz cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunla müqayisədə mən bəzi dəyişikliklər etməli olacam. Amma oyundan öncə bu planlarım haqda mətbuata danışmaq istəmirəm. Əsas odu ki, biz çıxıb oynamalıyıq” – deyə, Yurçiç sözə başlayıb.
 
Xorvatların çalışdırıcısı “Neftçi”nin də Bakıda hansı taktikayla oynayacağına dair mülahizələrini söyləyib: “Onların iki hücumçuyla oynayacaqları daha inandırıcı görünür. Hansı ki, Zaqrebdəki oyunun da ilk 20 dəqiqəsində məhz belə çıxış etdilər. Sadəcə, bu onlar üçün bir qədər yenidi. Çünki oyun üslublarına uyğun gəlmir”.
 
Heyətdəki dəyişikliklərə gəlincə, Yurçiç bildirib ki, ilk oyunda olduğu kimi, argentinalı müdafiəçi Leandro Kufre yenə “Neftçi”yə qarşı forma geyə bilməyəcək: “Onun Bakıya aparılmayacağı artıq bəllidi. Biz onu meydana buraxmaqla yenidən eyni səhvi təkrarlamaq istəmirik. Yerko Lekoya gəlincə, o, artıq fərdi proqramla məşq edir. Yenicə komandaya qoşulub. Oynayıb-oynamayacağına bundan sonra qərar veriləcək”.
 
Yurçiç həmçinin “Dinamo” – “Neftçi” cütünün qalibinin üçüncü təsnifat mərhələsindəki rəqiblərinə də toxunub: “Hələlik hadisələri qabaqlamaq istəmirəm. Potensial rəqiblərimiz haqda yalnız üçüncü təsnifat mərhələsinə vəsiqə qazandığımız halda danışmaq olar. Gəlin öncə “Neftçi” ilə cavab oyununa diqqətimizi yönəldək”.
 
Qeyd edək ki, “Dinamo” - “Neftçi” cütünün qalibini növbəti mərhələdə “Bangor City” (Uels) – HJK (Finlandiya) cütünün qalibi ilə oyun gözləyir. Bu cütün ilk oyununda finlər 3:0 hesabıyla qələbə qazanıblar.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.