17 iyul 2011 14:04
Volqanın prezidenti Vaqifin hansı mövqedə oynayacağını açıqladı
Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, o, Nijni Novqorod klubunun transfer siyasətindən danışarkən millimizin hücumçusu Vaqif Cavadovun hücumda yox, cinah yarımmüdafiəçisi – vinger kimi çıxış edəcəyinə işarə vurub:
“Yay transfer pəncərəsi dövründə yeni transfer olacaqmı? Ehtimal var. Artıq bir aydı yeni futbolçunun alınması yönündə danışıqlar gedir. Sadəcə onu deyə bilərəm ki, o, elə Nijno Novqoroddandı. Biz onu yenidən doğma şəhərə qaytarmaq istəyirik. Martsvaladzenin yerinə götürdüyümüz Vaqif Cavadovdan böyük ehtimalla sol cinah yarımmüdafiəçisi kimi istifadə olunacaq. Buna görə də hücumçu axtarışlarımızı davam etdiririk”.
