19 iyul 2011 22:47
Neftçi ÇL ilə qolsuz vidalaşdı (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, bu oyunlar içində Azərbaycan futbolsevərlərini yaxından maraqlandıran bir qarşılaşma da vardı.
Belə ki, son ölkə çempionu “Neftçi” Xorvatiyanın paytaxtı Zaqreb şəhərini təmsil edən “Dinamo” ilə münasibətlərinə aydınlıq gətirirdi. Hansı ki, bir həftə öncə məhz sözügedən şəhərdə baş tutan ilk oyunda təmsilçimiz arzulolunmaz və böyük hesablı məğlubiyyətlə üzləşmişdi – 0:3. Bu üzdən də təmsilçimiz mərhələ adlamaq üçün ən azı 4 cavabsız qol vurmalıydı. Qol buraxacağı halda isə yenə 4 top fərqi ilə qələbə qazanmaq lazım gələcəkdi. Bu vəzifə kifayət qədər çətin görünürdü. Amma “Neftçi” mərhələ adlaya bilməsə də, ən azı ÇL-lə layiqli şəkildə vidalaşmaq və Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırmaq üçün “Dinamo”nu məğlub yola salmalıydı.
Lakin çox təəssüf ki, "ağ-qaralar"ın gücü ancaq qolsuz heç-heçəyə çatdı.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
NEFTÇİ - DİNAMO - 0:0
(İlk oyun - 0:3)
Hakimlər: Hannes Kaasik (Estoniya), Tixon Kaluqin (Rusiya), Janus Mutli, Roomer Tarajev (hər ikisi Estoniya).
Hakim-inspektor: Leyf Sandell (İsveç).
UEFA nümayəndəsi: Yakes Antenen (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 15. Ruslan Abışov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 11. Cavid Hüseynov, 16. Allessandro, 19. Mirhüseyin Seyidov, 22. Ruslan Qurbanov, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Arif Əsədov.
DİNAMO: 30. İvan Kelava, 14. Şime Vrsalko, 13. Tonel, 24. Domaqoy Vida, 3. Luis İbanes, 7. Yerko Leko, 16. Milan Badel (k), 20. Mehmet Alispahiç, 10. Sammir, 21. Fatoş Beçiray, 99. İvan Krstanoviç.
Ehtiyat oyunçular: 12. Filip Lonçariç, 5. Adrian Kalello, 8. Mateo Kovaçiç, 11. İvan Tomeçak, 17. Yakub Silvestr, 18. Mario Şitum, 55. Ante Rukavina.
Baş məşqçi: Krunoslav Yurçiç.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
2. Gözlənildiyi kimi, "Neftçi" ilk dəqiqələrdən hücuma atılıb. Lakin hələlik təhlükəli vəziyyət yarada bilməyib
3. Rodriqinyo adi vəziyyətdə zədə alır
4. Futbolçularımız yenə tələsirlər və tez-tez top itkisinə yol verirlər
5. Mpenzaya qarşı qayda pozulsa da, hakim rəqib futbolçuya sarı vərəqə göstərmir
6. Komandamızın heyətində məcburi dəyişiklik: Rodriqinyonu Cavid İmamverdiyev əvəzləyir
10. Tonel kobud oyuna görə sarı vərəqə alır
10. R.Abdullayevin təhlükəli cərimə zərbəsini qapıçı qaytarır
15. Qonaq futbolçular kifayət qədər sərt oyuna üstünlük verirlər
17. Abdullayevin cərimə zərbəsi qeyri-dəqiq olur
21. Stamenkoviç komandasını real qoldan xilas edir
25. Oyun artıq bir qədər sakitləşib və mərkəzdə davam edir
27. Sürətlə irəliləyən Flavinyo kobudluqla dayandırılır
28. Vrsalko Flavinyoya qarşı kobudluğa görə sarı vərəqə alır
28. Cərimə zərbəsi zamanı rəqib müdafiəçilər topu kornerə çıxarırlar
30. Kelava Nasimovun baş zərbəsini tuta bilir
34. Mpenzanın baş zərbəsi qapıdan aralı keçir
39. Son dəqiqələrdə "Neftçi" əsasən müdafiə olunur
42. Krstanoviçin baş zərbəsi dəqiq olmur
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Neftçi" ikinci hissəyə də əvəzləməylə başlayır: Rəşadın əvəzində meydana Cavid Hüseynov daxil olur
46. Yenə ikinci hissə başlayan kimi Krstanoviç qol vurmağa yaxın olsa da, Stamenkoviç əla reaksiya nümayiş etdirir
53. "Dinamo" ikinci hissəyə çox fəal başlayıb. Stamenkoviç komandasını növbəti real qoldan xilas edir
54. Nasimov sürətlə rəqibin cərimə meydançasına girsə də, yerdə qalır...hakimin fiti isə susur
55. Arenada artıq "istefa" şüarları səslənməkdədi
57. Sammirin zərbəsi qapı dirəyindən dönür
62. "Neftçi" meydanın özünə aid hissəsindən çıxmaqda çətinlik çəkir
67. Xorvatlar sanki meydan sahibiymiş kimi ərazi üstünlüyünü davam etdirir
68. Flavinyo Krstanoviçə qarşı qaydanı pozur
69. Sammirin cərimə zərbəsini Stamenkoviç dəf edir
72. Beçirayın əvəzində meydana Rukavina daxil olur
78. "Dinamo"nun qapıçısından kobud səhv. Lakin topu oğurlayan Cavid inanılmaz vəziyyəti boşa verir
79. Alispahiçin əvəzində meydana Kovaçiç daxil olur
83. Abışovun yerinə yetirdiyi cərimə zərbəsini qapıçı tutur
85. "Neftçi"də son əvəzləmə: Georgiyevskini Mirhüseyn Seyidov əvəzləyir
89. Sammir yerini Kalleloya verir
89. Denis Silva hesabı açmağa yaxın olsa da, son anda müdafiəçilər ona imkan vermirlər
90. Matç əlavə vaxta ehtiyac duyulmadan başa çatdı
