21 iyul 2011 01:35

ÇL-in ikinci təsnifat mərhələsinə yekun vuruldu (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin görüşləri yenə iki günə bölüşdürülüb.
 
Azərbaycan çempionu “Neftçi”nin də iştirak etdiyi turnirin bu mərhələsində təmsilçimizin oyunundan əlavə daha 16 qarşılaşma baş tutub. Bunlardan 12-si ilk oyun gününə təsadüf edib. 
 
Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmalarının əksəri böyük hesablarla başa çatmışdı. Təəssüf ki, belə məğlubiyyətlərdən biri də Azərbaycan çempionu "Neftçi"nin bəxtinə düşmüşdü. Nəticədə artıq cütlərin əksərində növbəti mərhələyə hansı komandaların adlayacaqları məlum idi. Lakin cavab görüşlərindən sonra artıq "Neftçi" ilə yanaşı daha bir neçə komandanın turnirlə erkən vidalaşması rəsmiləşib. Yeri gəlmişkən, komandamızı mübarizədən kənarlaşdıran "Dinamo"nun növbəti mərhələdəki rəqibi olan HJK "Bangor City" üzərində doğma meydanda fantastik hesabla - 10 cavabsız qolla qələbə qazanıb.
 
Qalan 5 görüş isə ikinci oyun günü keçirilib. Elə bu oyunlar arasında da ciddi sensasiya yaşanmayıb. Beləcə, ÇL-in ikinci təsnifat mərhələsinə yekun vurulub.

Onu da xatırladaq ki, turnirin birinci təsnifat mərhələsində cəmi iki qarşıdurma olmuşdu və cırtdan ölkə təmsilçilərinin duellərinin ən güclüləri adına yiyələnən Malta “Valleta”sı ilə Lüksemburqun “Dudelange” klubları çıxışını davam etdirmək hüququ qazanmışdı.
 
ÇL-in ikinci təsnifat mərhələsinin bütün cavab oyunları, qeydə alınan nəticələr, eləcə də mübarizəni dayandıran və növbəti mərhələyə adlayan komandalarla sizi də tanış edirik. Qeyd edək ki, adları qara hərflərlər fərqləndirilən komandalar üst tura adlayanlardı.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar
19 iyul
 
Flora (Estoniya) - Shamrock Rovers (İrlandiya) - 0:0 (ilk oyun 0:1)
 
Dudelange (Lüksemburq) - Maribor (Sloveniya) - 1:3 (0:2)
Qollar: Daniel de Mota, 54 - Mezqa, 27; 76-pen, Beriç, 72.
 
Tobol (Qazaxıstan) - Slovan (Slovakiya) - 1:1 (0:2)
Qollar: Stepanovski, 62-öz qapısına - Kladrubski, 16.
 
Neftçi (AZƏRBAYCAN) - Dinamo (Xorvatiya) - 0:0 (0:3)
 
Ekranas (Litva) - Valletta (Malta) - 1:0 (3:2)
Qol: Dedura, 5.
 
HJK (Finlandiya) - Bangor City (Uels) - 10:0 (3:0)
Qollar: Rinq, 38, Sadik, 45, Zeneli, 47; 54, Rafinya, 52, Pukki, 65; 68, Kastrati, 66; 88, Parikka, 71.
 
BATE (Belarus) - Linfield (Şimali İrlandiya) - 2:0 (1:1)
Qollar: Nexayçik, 58, Pavlov, 61.
 
Litex (Bolqarıstan) - Mogren (Çernoqoriya) - 3:0 (2:1)
Qollar: Zanev, 3, Todorov, 49-pen, Yanev, 80.
 
Torshavn (Farer adaları) - Malmö (İsveç) - 1:1 (0:2)
Qollar: Benyaminsen, 71 - Fiqueyredo, 90+2.
 
Viktoria (Çexiya) - Punik (Ermənistan) - 5:1 (4:0)
Qollar: Bakoş, 38; 42, Kolar, 45+1; 57, Pilar, 90+1 - Malakyan, 49.
 
Wisla (Polşa) - Skonto (Latviya) - 2:0 (1:0)
Qollar: Maleçki, 51, İliev, 64.
 
Skendija (Makedoniya) - Partizan (Serbiya) - 0:1 (0:4)
Qol: Yovançiç, 68.
 
20 iyul
 
APOEL (Kipr) - Skënderbeu (Albaniya) - 4:0 (2:0)
Qollar: Solari, 59, Aylton, 66, Adorno, 80, Çaralambides, 86.
 
Dacia (Moldova) - Zestafoni (Gürcüstan) - 2:0 (0:3)
Qol: Popoviç, 20, Orbu, 90+2pen.
 
Videoton (Macarıstan) - Sturm Graz (Avstriya) - 3:2 (0:1)
Qollar: Elek, 27, Sandor, 32, Liptak, 45+2 - Holsl, 28, Feldhover, 39.
 
Breidablik (İslandiya) - Rosenborg (Norveç) - 2:0 (0:5)
Qollar: Makallister, 28, Steyndorsson, 84.
 
Borac (Bosniya və Herseqovina) - Maccabi (Hayfa, İsrail) - 3:2 (1:5)
Qollar: Kruniç, 9; 34, Vidakoviç, 84 - Dvalişvili, 24; 54.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.