17 iyul 2011 15:01
Neftçi bu gün mərkəzi arenada məşq keçəcək
Azərbaycan çempionu "Neftçi" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri dünən axşam saatlarında klubun bazasındakı meydançada məşq keçiblər.
"Neftçi"nin bu günkü məşqi saat 21:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bu gün paytaxtımıza gələn "Dinamo" klubu isə mərkəzi arenada iyulun 18-də məşq edəcək. Saat 21:00-da start götürəcək hazırlıqdan yarım saat əvvəl isə Xorvatiya təmsilçisinin baş məşqçisi Krunoslav Yurçiçin mətbuat konfransı olacaq.
