17 iyul 2011 11:28

Rauf Əliyev: Streymur bizi təəccübləndirdi

“Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Farer adalarının “Streymur” klubu ilə ilk oyundan (1:1), növbəti mərhələyə adlamaq şanslarından, eləcə də Belçika “Brugge”sindən danışıb.
 
- İlk oyundakı 1:1 hesabı çoxları üçün gözlənilməz oldu...
- Düzünü deyim ki, elə rəqib özü də təəccüb içindəydi. Onlardan belə oyun gözləmirdik. Biz əlbəttə onların necə oynadığını bilirdik. Amma bizimlə oyunda daha yaxşı çıxış etdilər. Bizimlə oyuna çox yaxşı motivasiya olunmuşdular. “Streymur” bizi təəccübləndirdi. Amma Bakıda onları məğlub etməyə çalışacağıq.
 
- İqlimlə bağlı şərtlər və süni meydançada oynamaq çətinlik yaratmırdı ki?
- Bilirsiz, biz belə qazonda oynamağa o qədər də alışıq deyilik. Üstəlik, hərdən hər istədiyini də edə bilmirsən. Amma iqlimlə bağlı heç bir problem yox idi. Axı biz həmişə isti havada oynamırıq.

- Farerlilərdən heç kim belə sürətli oyun gözləmirdi...
- Oyuna kimi biz onların çıxışını analiz etmişdik. Onların topla necə davrandıqlarını, oyun üslublarını öyrənmişdik. Amma gözləməzdik ki, onlar bu dərəcədə yaxşı oynaya bilərlər. “Streymur”da əks-hücumlar çox yaxşı alınırdı. Çünki çox cəld hücuma keçirdilər.
 
- Yəqin ki, son saniyələrdə qol buraxmaq çox üzücü oldu?
- Bəli, əlbəttə. Onların azarkeşləri də sonda komandanı güclü dəstəkləməyə başlamışdı. Yəqin ki, komanda üçün bu, əlavə stimul oldu. Amma düzünü desək, qol epizodundan onların daha çox bəxtləri gətirdi. Qarışıqlıq zamanı top rəqib futbolçunun ayağına düşdü ki, o da yaxın məsafədən asanlıqla fərqləndi.

- Siz kifayət qədər uzun müddət idi ki, rəsmi oyunlarda qol vurmurdunuz. Nəhayət ki, səfərdə fərqlənə bildiz..
- Nə etməli idimsə, onu da da həyata keçirdim. Bu, mənim yeni mövsümdəki ilk qolumdu. Ümid edirəm ki, davamı da olacaq. Amma heç bir əlavə hiss olduğunu deməzdim.
 
- Növbəti mərhələyə adlayacağınız halda “Brugge” ilə qarşılaşacaqsız və yenə bəxtinizin gətirmədiyini demək olar...
- Hələ Belçika klubu haqda indidən nəsə danışmaq tezdi. Heç olmasa bu mərhələni adlayaq, ondan sonra “Brugge” barədə düşünərik. Qarşıda bizi “Streymur”la oyun gözləyir. Hansı ki, mütləq qələbə qazanmağa borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.