17 iyul 2011 11:54

Uruqvay Argentinanı yarımfinala həsrət qoydu

Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, dünən yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
 
Belə ki, bu mərhələdə üz-üzə gələn Kolumbiya və Peru, eləcə də Argentina və Uruqvay arasında kifayət qədər maraqlı qarşılaşma baş tutub. Kolumbiya – Peru matçında hələ görüşün 66-cı dəqiqəsində kolumbiyalılar hesabı açmaq üçün real imkan qazanıblar. Lakin “Porto”dan tanıdığımız Falkao penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 90 dəqiqənin tamamında tərəflər hesabı aça bilmədiyindən əlavə vaxta ehtiyac duyulub. Məhz bu vaxt ərzində iki qol vuran Peru millisi növbəti mərhələyə vəsiqə qazanıb.

Turnirin əsas favoritlərindən olan Argentina və Uruqvay arasındakı qarşılaşma isə daha prinsipial və gərgin alınıb. Qeyd edək ki, bu komandalar hər ikisi pley-offa çətinliklə adlamışdılar. Elə bu görüşdə də komandalardan hansınısa favorit göstərmək çətin idi. Baxmayaraq ki, meydan sahibi qismində çıxış etməsi argentinalılara əlavə üstünlük qazandırırdı. Lakin görüş başlayan kimi argentinalılar qapısında qol görüblər. Düzdü, İquayn tezliklə hesabı bərabərləşdirib. Matçın əsas vaxtında başqa qol vurulmadığından əlavə vaxt təyin olunsa da, tərəflər burda da qələbə qolunu vura bilməyiblər. Belədə, qalib penaltilərlə müəyyənləşib ki, daha dəqiq oynayan Uruqvay 5:4 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.
 
Yeri gəlmişkən qeyd edək ki, bu görüş kifayət qədər sərt və gərgin alınıb. Belə ki, hər komandadan bir futbolçunun meydandan qovulduğu görüşdə 11 dəfə də sarı vərəqəyə əl atıb.
 
1/4 final mərhələsinin digər oyunları bu gecə keçiriləcək. Braziliya yarımfinala vəsiqə uğrunda Paraqvayla, Çili isə Venesuela ilə mübarizə aparacaq.
 
Amerika Kuboku
1/4 final
16 iyul
 
Kolumbiya – Peru – 0:2
Qollar: Lobaton, 102, Varqas, 112.
 
Argentina – Uruqvay – 1:1 (penaltilərlə 4:5)
Qollar: İquayn, 18 – Peres, 6.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.