17 iyul 2011 12:08
XL - Maccabi matçının biletləri satışda
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Maccabi" oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Təl-Əviv klubu ilə oyunu izləmək istəyənlər 2 manatlıq biletləri Lənkəran şəhər stadionunun kassalarından əldə edə bilərlər.
Biletlərin satış qiyməti 2 manat olsa da, qara bazarda daha baha qiymətə satılır. Belə ki, biletlərin alverçilər tərəfindən 2,5-4 manata satıldığı deyilir.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Maccabi" oyunu iyulun 21-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq. Bu komandalar arasında İsraildə baş tutan ilk görüşdə meydan sahiblərin 3:1 hesablı qələbə qazanmışdılar.
