17 iyul 2011 12:22
“Emil Mpenza bizə Qarabağ haqda məlumat verəcək”
Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" (Azərbaycan) - "Streymur" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq Belçikanın "Brügge" klubunun idman direktoru Sven Vermant bu komandalarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu komandaların hər ikisiylə oynamağa hazır olduqlarını bildirib:
"Biz istənilən ssenariyə hazırıq. Rəqibin kimliyindən asılı olmayaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Lakin hələlik üçüncü təsnifat mərhələsindəki rəqibimizin məlum olmasını gözləməliyik”.
"Biz istənilən ssenariyə hazırıq. Rəqibin kimliyindən asılı olmayaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Lakin hələlik üçüncü təsnifat mərhələsindəki rəqibimizin məlum olmasını gözləməliyik”.
Klub rəsmisi dolayısı ilə "Qarabağ"la yox, “Streymur”la qarşılaşmaq istədiklərini bildirib: "Yaxşı olardı ki, biz "Streymur"la qarşılaşaq. Çünki Farer adaları bizə daha yaxındı. "Qarabağ"la qarşılaşmaq üçün Azərbaycana 5-6 saatlıq uzun yol qət etməli olacağıq. Bu isə oyunçuların yorğunluğuna gətirib çıxaracaq. Amma ora getmək məcburiyyətində qalsaq, gərək oyundan bir gün öncə səfərə çıxaq”.
Vermant artıq “Streymur”la yanaşı komandamız haqda da əlavə məlumat öyrənməyə başladıqarını bildirib: “Hər iki komandanı yaxşı öyrənmək lazımdı. Düzdü, Azərbaycan təmsilçisi daha güclü rəqibdi. Ancaq həmyerlimiz Emil Mpenza "Neftçi"də çıxış edir. Ümid edirəm ki, o bizə "Qarabağ" haqda lazımi məlumat verəcək. Bundan əlavə hər iki komandanın iştirakıyla baş tutan oyunları izləməliyik. Üstəlik, Bakıda keçiriləcək cavab matçını da izləməli olacağıq".
Qeyd edək ki, "Brügge"nin Avroliqanın üçüncü təsnifat mərhələsindəki rəqibi iyulun 21-də Bakıda keçiriləcək "Qarabağ" - "Streymur" oyununda müəyyənləşəcək.
