17 iyul 2011 00:16
İnter Seriya A klubu ilə qarşılaşacaq
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “İnter” iyulun 15-dən etibarən Sloveniyada təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, Kranjska Gora şəhərində yerləşən “Şpik” otelində məskunlaşan komanda ötən gün iki məşqə çıxıb.
Qeyd edək ki, "İnter" qarşıdakı günlərdə də iki dəfə olmaqla məşqlərini davam etdirəcək. Komanda həmçinin Sloveniyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq matçlarında da qüvvəsini sınayacaq. “İnter”in qarşılaşacağı komandaların adları da məlumdu.
Belə ki, “bankirlər” ayın 18-də Türkiyə Super Liqasının təmsilçisi “Bursaspor”la yoldaşlıq matçı keçirəcək. İyulun 24-də qardaş ölkənin daha bir təmsilçisi “Antalyaspor”la yoxlama matçının da keçirilməsi nəzərdə tutulur. Rəqiblər sırasında İtaliya təmsilçisi də var. İyulun 27-də baş tutacaq oyunda komandamız "Lecce" ilə gücünü sınayacaq. Daha iki yoxlama matçının keçirilməsi də planlaşdırılır. Amma komandaların adları hələlik məlum deyil. Bu qarşılaşmalar ayın 21-də və 28-də baş tutacaq.
