17 iyul 2011 00:35

Foqts: Neftçi Bakıda Zaqrebdəkindən daha yaxşı oynayacaq

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts “Neftçi”nin UEFA Çempionar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə səfərdə keçirdiyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandamızın Zaqrebdəki yenilgisi (0:3) ilə bağlı bunları söyləyib:

“Yaxşı matç alındı. “Dinamo” “Neftçi”ni tamamilə üstələyirdi. Xorvatlar layiqli qələbə qazandılar. Düzünü deyim ki, “Dinamo”nun oyunu məni təəccübləndirdi. Bilməzdim ki, Xorvatiya çempionu belə ağıllı və inamlı futbol oynaya bilər”.

Foqts “Neftçi”nin çıxışı ilə bağlı isə bunları söyləyib: “Neftçi” oyuna nəzarət etməyi xoşlayan komandadı. Amma Zaqreb təmsilçisi onların bu planını pozmuşdu və üstünlüyü tamamilə öz əlində saxlayırdı”.
 
Almaniyalı mütəxəssis “Dinamo”nun ÇL-in qrup mərhələsinə düşmək şanslarından da danışıb: “İndi bu suala cavab vermək çətindi. Çünki “Neftçi” güclü komandadı. Mən Bakı klubunun oyun keyfiyyətlərinə yaxşı bələdəm. Əminəm ki, onlar Bakıda Zaqrebdəkindən daha yaxşı oynayacaqlar. Amma bu yaxşı oyunun onların növbəti mərhələyə adlamasına nə dərəcədə yetərli olacağını bilmirəm”.
 
O, “Maksimir”də keçirilən oyunu canlı izləməsinin səbəblərindən də danışıb: “Bilirsiz ki, mən bura “Neftçi”nin oyunçularını izləməyə gəlmişəm. Buna görə də meydan sahiblərinin oyunçularına diqqət yetirmirdim. Amma “Dinamo” özünü yaxşı kollektiv kimi göstərə bildi. Əgər məcbur bilmək istəyirsizsə, 16 və 24 nömərli futbolçuların (Milan Badel və Domaqoy Vida – azerisport.az) oyununu xüsusi qeyd edərdim”.
 
Mənbə: Xorvatiya mətbuatı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.