18 iyul 2011 01:05
Sadıqov və Cavadov Rusiya kubokunun 1/8 finalında
Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu oyunlardan ikisi həmyerlilərimiz üçün böyük önəm daşıyırd;.
Belə ki, millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” ilə Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” də növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparırdı. Hər iki həmyerlimizin komandası 1/8 finala vəsiqə üçün səfərdə vuruşmalıydı.
Nijni Novqorod təmsilçisi Yaroslavlda “Şinnik”in qonağı olub. Vaqifin forma geymədiyi görüşdə komanda yoldaşları qələbə qazanmağı bacarıblar. Salukvadzenin vurduğu qol Cavadov üçün "Volqa"da ilk qələbələrinə sevinmələrinə şərait yaradıb. Beləcə Vaqifin komandası 1/8 finala adlayıb. Burda isə nijni novqorodluları Moksva "Spartak"ı ilə duel gözləyir.
Sadıqovun çalışdığı Mahaçqala klubu isə Ulyanovsk vilayətinin təmsilçisi “Volqa”nın qonağı olub. Millimizin sabiq çalışdırıcısının komandası daha asan qələbəyə sevinib. Belə ki, mahaçqalalılar rəqib qapısından 3 cavabsız top keçiriblər. "Anji" 1/8 finalda Moskva "Dinamo"su ilə qarşılaşacaq.
Rusiya kuboku
1/16 final
17 iyul
Şinnik – Volqa (Nijni Novqorod) - 0:1
Volqa (Ulyanovsk) - Anji - 0:3
