18 iyul 2011 13:11
Emil Mpenza qol sözü verdi
“Neftçi”nin belçikalı forvardı Emil Mpenza UEFA Çempionlar Liqasının “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıdakı qarşılaşmada qələbə üçün əlindən gələni edəcəyinə söz verib:
“İlk oyunda bizim xeyli qol vəziyyətlərimiz oldu. Amma onları dəyərləndirə bilmədik. Söz verirəm ki, sabah elə imkanım olsa, vuracam. Prinsipcə, mənim üçün kimin fərqlənməsinin elə də ciddi fərqi yoxdu. Əsas odu ki, komanda qələbə qazansın”.

Mpenza son vaxtlar qol vura bilməməsinə də münasibət bildirib: “Niyə son oyunlarda qol vura bilmirəm? Düzünü deyim ki, mənim bu baxımdan heç bir problemim yoxdu. Sadəcə, qol vəziyyətləri o qədər də çox olmur”.