18 iyul 2011 13:24
PFL yeni mövsümün püşkünün atılacağı günü açıqladı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq tədbirin keçirilmə vaxtı da müəyyənləşib.
Belə ki, sözügedən mərasim 22 iyul tarixində keçiriləcək. AFFA-nın inzibati binasında baş tutacaq püşkatma saat 17:00-da başlayacaq.
