18 iyul 2011 00:48
Yığmamız Avstriya klubuna 6 cavabsız qol vurdu
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Avstriyanın “Zalsburg” klubunun əvəzedici komandası olub.
Yığmamız rəqibini 6:0 hesabı ilə məğlub edib. Nurlan Novruzovun het-trik, Rizvan Umarovun dubl etdiyi oyunda digər qolun müəllifi Ramil Mənsurov olub.
