18 iyul 2011 00:54
Azərbaycan Latviyanı darmadağın edib, sonunculuqdan yaxa qurtardı
Belarusun Vitebsk şəhərində təşkil olunmuş “Kubok Drujbı 2011” turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası Latviya yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, millimiz 7:3 hesabı ilə qələbə qazanıb.
Comərd Əliyevin 4 qol vurduğu oyunda Ramil Əliyev, Elşən Hüseynov və Əbdül Əliyev hərəyə 1 dəfə fərqlənib. Beləliklə, millimiz turnirdə yeddinci yeri tutub.
