18 iyul 2011 13:33
Arif Əsədov: Sona kimi vuruşacağıq
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ilk oyunda 0:3 hesabıyla məğlub olan “ağ-qaralar”ın çalışdırıcısı cavab görüşü öncəsi bunları dilə gətirib:
- Bu oyunla bağlı artıq kifayət qədər danışılıb. Başa düşürük ki, şansımız çox azdı. Amma biz qələbə üçün sona kimi vuruşacağıq. Öz şərəfimiz, imicimiz, UEFA reytinqi xatirinə qələbə qazanmaq istəyirik. Anşlar gözləyirik. Qələbəmizi məhz azarkeşlərimizin dəstəyi altında reallaşdırmaq istəyirik.

- Hesab etmirsiz ki, uğursuzluğunuzda sadəcə Saşa Stamenkvoçin transferi ilə kifayətlənməyinizin rolu oldu?
- Mən artıq bir neçə dəfə bu suala münasibət bildirmişəm. Yenə də deyirəm ki, biz iki braziliyalı yarımmüdafiəçi götürmək istəyirdik. Amma nədənsə bu transferləri reallaşdıra bilmədik. Tələsik addım da atmaq istəmədik.

- Ümumiyyətlə, yeni transferləriniz olacaq?
- Əgər zədəlimiz olmasa, başqa müdafiəçi almayacağıq. Bizdə gənc Tərlan Quliyev, Ruslan Əmircanov var. Sadəcə yarımmüdafiə xəttini gücləndirmək üçün bir yeni oyunçu almağı planlaşdırırıq.

- Sizə elə gəlmir ki, ilk oyunda futbolçular heç biri özünü yaxşı tərəfdən göstərə bilmədi?
- Onlar da inşandılar. Heç kim belə hesabla uduzmaq istəməzdi. Onlar Bakıda nəyə qadir olduqlarını göstərəcəklər.

- Cavab oyununda komandanı nə kimi dəyişikliklər gözləyir?
- İqor Mitreski oynamayacaq. O, Zaqrebdə zədə aldığından məşqlərimizdə iştirak edə bilmirdi. Onun yerinə Ruslan Əmircanov çıxış edəcək. Elə ona görə də, Ruslanı bu günkü mətbuat konfransına gətirmişəm.

- Braziliyalı futbolçularla, xüsusilə Flavinyo ilə zəif oynadıqlarına görə xüsusi söhbət etmisiz?
- Özləri də başa düşürlər ki, hər kəs onlardan çox şey gözləyir. Flavinyo söz verib ki, hamının ondan gözlədiyi kimi oynayacaq.