18 iyul 2011 01:19
Neftçi bu gün daha 1 mətbuat konfransı keçiriləcək
Azərbaycan çempionu "Neftçi"nin baş məşqçisi Arif Əsədov və futbolçuları yenidən mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, dünən də media nümayəndələrinin qarşısına çıxmış “ağ-qaralar” bu dəfə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirəcək.
Mətbuat konfransı bu gün - iyulun 18-də "Trend" İnformasiya Agentliyinin konfrans zalında olacaq. Konfrans saat 12:00-da başlayacaq.
Qeyd edək ki, dünənki mətbuat konfransında jurnalistlər qarşısına Arif Əsədovla yanaşı futbolçulardan Cavid Hüseynov və Slavço Georgiyevski çıxmışdı.
