18 iyul 2011 14:01
Qarabağ cavab oyununa bir itkiylə hazırlaşır
“Qarabağ” “Streymur”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də Farer adalarından olan rəqibiylə cavab görüşündə qarşılaşacaq komandamız gündə bir məşqlə kifayətlənir.
Bu gün eyni zamanda bir neçə gənc futbolçu səhər məşqinə çıxıb. Amma komandanın əsas məşqi 19:00-a nəzərdə tutulub. Axşam məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.
“Qarabağ”da tək itki Tural İsgəndərovdu. 19 yaşlı yarımmüdafiəçi hələ ki, trenajor zalında məşq etməklə kifayətlənir. İlk oyuna aparılmayan futbolçunun cavab görüşündə də iştirakı inandırıcı görünmür.
