18 iyul 2011 14:14
Ruslan Əmircanov: Son qanımıza kimi vuruşacağıq
“Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov UEFA Çempionlar Liqasının “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Bakıdakı qarşılaşmada İqor Mitreskinin əvəzində meydana çıxacaq futbolçu bu şansdan yararlanmaq fikrindədi:
“Mən baş məşqçinin inamını doğrultmağa çalışacağam. Söz verirəm ki, biz son damla qanımıza kimi vuruşacağıq. Bu oyuna əsas heyətə düşmək, orda möhkəmlənmək baxımından bir şans kimi baxıram. Çalışacağam ki, bu şansdan maksimum yararlanım”.