18 iyul 2011 01:47
Dinamonun müdafiəçisi: Bakıya qələbə qazanmaq üçün gəlmişik
Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) müdafiəçisi Şime Vrsalko Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində onlara rəqib olan “Neftçi” ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Bizə cavab matçında da qələbə qazanmaq lazımdı. “Neftçi” ilk dəqiqələrdən hücuma atılacaq. Amma biz onlara öz oyunlarını sərgiləməyə imkan verməməliyik. Top saxlamağa, oyuna nəzarət etməyə çalışmalıyıq. Proqnoz verməyəcəm. Sadəcə onu deyə bilərəm ki, səfərə qələbə qazanmaq üçün çıxmışıq”.