18 iyul 2011 14:30
AZAL sabah İran klubu ilə qarşılaşacaq
İyul ayının 16-dan etibarən Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirən AZAL sabah ilk yoxlama oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in rəqibi İran təmsilçisi "Fulad" olacaq.
Oyun sabah saat 17:00-da Patalya otelinin meydançasında keçiriləcək.
Qeyd edək ki, AZAL Qızılcahamamdakı hazırlıq prosesi zamanı 5 yoxlama oyununda (19, 22, 25, 27, 29 iyul ) qüvvəsini sınayacaq. Bu müddət ərzində baş məşqçi Elxan Abdullayev həm də baxışa çağrılan yeni futbolçuları yoxlayacaq.
