18 iyul 2011 02:03
Georgiyevski: Neftçini bölməyin
Azərbaycan çempionu “Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski yerli və legioner futbolçuların “Dinamo” ilə ilk görüşdəki çıxışlarını müqayisə edən azarkeşlərin fikirləri ilə razı deyil. Azerisport.az saytına müsahibəsində o, bu məsələ ilə bağlı aşağıdakıları dilə gətirib:
“Əgər komanda uduzubsa, bunda hamı günahkardı. Həm yerli, həm də legioner futbolçular. Mən ümumiyyətlə xahiş edərdim ki, komandanı bu şəkildə bölməyələr. Biz hamımız bir kollektivik və eyni məqsəd uğrunda döyüşürük”.