18 iyul 2011 02:18
Dinamo Bakıda ilk məşqinə Şəfada çıxdı (FOTO)
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Dinamo" artıq ölkəmizə gəlib. Azerisport.az xəbər verir ki, ilk oyunda 3:0 hesablı qələbə qazanan Zaqreb təmsilçisi artıq Bakıda ilk məşqinə də çıxıb.
Belə ki, xorvatlar elə səfər günü "Şəfa"da hazırlıq keçməyə qərar veriblər.
Onlar oyunun keçiriləcəyi mərkəzi arenada isə ilk və son məşqlərinə bu gün çıxacaqlar. Saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək "Dinamo"nun baş məşqçisi Krunoslav Yurciç bundan yarım saat əvvəl mətbuat konfransında jurnalistlərin qarşısına çıxacaq.
