18 iyul 2011 23:05
Bursaspor İnteri darmadağın etdi (YENİLƏNİB)
Sloveniyada həyata keçirdiyi təlim-məşq toplanışını davam etdirən “İnter” bu gün sözügedən ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi qardaş Türkiyə Superliqasında çıxış edən “Bursaspor” olub.
“Fillah” stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayan qarşılaşma Türkiyə klubunun qələbəsi ilə başa çatıb. 31-ci dəqiqədə Bedricanın qoluyla önə keçən "timsahlar" fasilədən sonra İlhan Depenin (71 və 77-ci dəqiqələrdə) vurduğu iki qolla "bankirlər"i darmadağın ediblər.
Onu da xatırladaq ki, “İnter” Türkiyədə baş tutan və 18 gün davam edən ilk toplanış çərçəvəsində artıq 3 yoxlama görüşü keçirmişdi. Bu oyunlarda "İnter" 1 qələbə qazanmış (Ukraynanın "Metallurg"(Zaporojye) klubunu 4:0 hesbı ilə məğlub etmişdi), 1 dəfə heç-heçə etmiş (Türkiyənin "Mersin İdman Yurdu" kklubu ilə 3:3), son görüşündə isə Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubuna 1:2 hesabıyla məğlub olmuşdu.
Yoldaşlıq oyunu
18 iyul
İnter – Bursaspor - 0:3 (0:1)
