18 iyul 2011 15:28
Emil Mpenza: Əsas odu ki, “Neftçi” özü buna inanır
Azərbaycan çempionu “Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza UEFA UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Zaqrebdəki ilk oyunda bir neçə qol imkanını qaçırmağınıza görə sizi günahlandıranlar az deyil...
- Zaqrebdəki ilk oyunda bir neçə qol imkanını qaçırmağınıza görə sizi günahlandıranlar az deyil...
- Şübhəsiz, əgər mən ilk hissədə ələ düşən şansları dəyərləndirsəydim, hər şey bizim üçün uğurlu başa çata bilərdi. Birinci hissədə biz həqiqətən pis oynamadıq. Rəqibimiz yalnız ilk yarının sonlarında bizə qol vura bildi. Amma hələ hər şey bitməyib. Qarşıda cavab oyunu var.
- Demək istəyirsiz ki, azarkeşlər sizin bu oyunda 3 qolun əvəzini artıqlamasıyla çıxacağınıza inansınlar?
- Əgər “Dinamo” öz meydanında 3 qol vura bildisə, niyə biz də azarkeşlərimiz qarşısında buna nail olmayaq? Ötən mövsüm evdə heç kimə bu qədər qol vurmamışdıq. Amma hər şey mümkündü.
- Əgər “Dinamo” öz meydanında 3 qol vura bildisə, niyə biz də azarkeşlərimiz qarşısında buna nail olmayaq? Ötən mövsüm evdə heç kimə bu qədər qol vurmamışdıq. Amma hər şey mümkündü.
- Siz həqiqətən inanırsız ki, Xorvatiya çempionunu belə üstünlüyü olmasına rəğmən mübarizədən kənarlaşdırmaq olar?
- Mən həmişə meydana qələbə üçün çıxıram. Əgər Zaqrebdə birinci hissədə oynadığımız kimi çıxış edə bilsək, hər şey mümkündü. Amma sadəcə 45 dəqiqə yox, bütün 90 dəqiqə boyunca.
- Mən həmişə meydana qələbə üçün çıxıram. Əgər Zaqrebdə birinci hissədə oynadığımız kimi çıxış edə bilsək, hər şey mümkündü. Amma sadəcə 45 dəqiqə yox, bütün 90 dəqiqə boyunca.
- Sizcə, bu rəqibi nəyin sayəsində yenmək olar?
- Düzdü, ortalıqda səviyyə fərqi var. Amma bu, bizə meydana yalnız qələbə üçün çıxmağa qətiyyən mane olmamalıdı.
- Düzdü, ortalıqda səviyyə fərqi var. Amma bu, bizə meydana yalnız qələbə üçün çıxmağa qətiyyən mane olmamalıdı.
- Sizin dedikləriniz çoxları üçün inandırıcı görünmür...
- Əsas odu ki, buna “Neftçi” özü inanır. Əgər mən bu oyunda bir və ya iki qol vursam, insanlarln fikri çox dəyişəcək. Şans var. Mən qol vurub hər şeyi dəyişməyə hazıram.
- Tutaq ki, “Neftçi” bu mərhələdə mübarizəni dayandırdı. Siz bunu necə qarşılarsız?
- Bu, həyatın sonu deyil. Heç bir qorxulu şey baş verməyib.
- Bu, həyatın sonu deyil. Heç bir qorxulu şey baş verməyib.
