18 iyul 2011 15:44
Dinamo futbolçuları Neftçinin üzvlərini təhqir ediblər
Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) futbolçuları Azərbaycanın “Neftçi” klubunun futbolçuları ilə kifayət qədər kobud şəkildə ünsiyyət qurublar. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun üzvləri Xorvatiya paytaxtında “ağ-qaralı” futbolçuların ünvanına təhqiramiz sözlər söyləməkdən də çəkinməyiblər.
Onlardan biri hətta “Neftçi”nin futbolçularından birinin uşağına qarşı da kobud rəftar edib. “Maksimir”də baş tutan qarşılaşmada isə xorvatlar 3:0 hesabıyla qələbə qazanmışdılar.
Qeyd edək ki, bu iki komanda arasındakı cavab görüşü sabah Bakıda keçiriləcək.
