18 iyul 2011 16:31
Qarabağın futbolçusu millidən uzaqlaşdırıldı
İyulun 22-də və 25-də Minsk şəhərində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın üzvü Emil Həşimov toplanışa qatılmayacaq.
Bunun sözügedən futbolçunun səhhəti ilə əlaqədar olduğu bildirilir. Məşqçilər korpusunun ona əvəzləyici tapıb-tapmayacağı bilinmir.
