18 iyul 2011 16:49
Qəbələ Londona 20 futbolçu ilə yollandı
Xəbər verdiyimiz kimi, “Qəbələ” 2011/2012 mövsümünə hazırlığın ikinci hissəsini Londonda həyata keçirəcək. Azerisport.az xəbər verir ki, komanda bu məqsədlə iyulun 18-də birbaşa reyslə Londona yola düşüb.
Bu gün günorta saatlarında Londona çatan kollektiv “Village London-Elstree” otelində məskunlaşıb. “Qəbələ” Londona bu heyətlə yola düşüb: Pavel Doroşev, Anar Nəzirov, Lyubo Baranin, Saşa Yunisoğlu, Mahir Şükürov, Nodar Məmmədov, Vurğun Hüseynov, Sergey Sokolov, Daniel Kruz, Aleksandr Çertoqanov, Aldulkader Kamara, Arif İsayev, Yaşar Abuzərov, Dudu, Rövşən Əmiraslanov, Deon Barton, Murad Hüseynov, Viktor Mendi, Tərzin Cahangirov və Nuran Qurbanov.
Baş məşqçi Toni Adams da daxil olmaqla, müdafiəçi Stiv Olferslə yarımmüdafiəçi
Bruno da Silva komandaya Londonda qoşulacaqlar.
Dörd ilduzlu “Village London-Elstree” oteli Londona aid olan Elstri şəhərinin mərkəzində yerləşir. Otelin nəzdində sağlamlıq klubu, örtülü hovuz və trenajor zalı fəaliyyət göstərir.
“Qəbələ”nin Londondakı təlim-məşq toplanışı 10 gün çəkəcək və iyulun 28-də başa çatacaq.
İngiltərədə keçiriləcək hazırlıq çərçivəsində “Qəbələ” bu komandalarla yoxlama görüşləri keçirəcək:
20 iyul – “Barnet” FC
23 iyul – “Bishop Stortford”
24 iyul – “Saint Albans”
26 iyul – “Hayes&Yeading”
27 iyul – “Luton Town”.
