18 iyul 2011 17:00
Azərbaycan-Makedoniya matçının biletləri satışa çıxdı
Avqust ayının 10-da keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq qarşılaşmasının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, sektorlara uyğun olaraq biletlərin qiymətləri 2, 4, 6 və 10 manatdı.
Biletləri aşağıda qeyd olunan satış mərkəzlərindən almaq olar.
1. Tofiq Bəhramov stadionunun qarşısı
2. Park Bulvar
3. Şüvəlan Park
4. Xəzər Golden Beach
5. Accessbank (Mərdəkan filialı)
Qeyd edək ki, bu qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
