18 iyul 2011 17:08
Simurq Yuranla müqavilə bağlayıb, PFL-ə üz tutdu
"Simurq"un yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 90-cı illərin məşhur futbolçusu, 42 yaşlı mütəxəssis Sergey Yuranla danışıqlar aparan Zaqatala klubu nəhayət ki, onunla münasibətlərini rəsmiləşdirib.
Sonuncu iş yeri Astana "Lokomotiv"i olan Sergey Yuranla 1 illik razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, prezident dəyişikliyindən sonra qarşısına böyük hədəflər qoyan Zaqatala təmsilçisi heç də birinci divizionda çıxış etməyə hazırlaşmır. Belə ki, son mövsümün nəticələrinə görə Premyer Liqanı tərk etməsinə rəğmən, “Simurq”un elitada qalacağı bildirilir. Onlar artıq bununla bağlı Peşəkar Futbol Liqasına müraciət də ünvanlayıblar. Böyük ehtimalla elitadan imtina etməyə hazırlaşan “Muğan”ı Premyer Liqada məhz bu komanda əvəzləyəcək.
