18 iyul 2011 18:56
Simurq baş məşqçisinin təqdimatını keçirəcək
Zaqatalanın "Simurq" klubu yeni baş məşqçisinin təqdimatını keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.
Məlumatda bildirilir ki, iyulun 19-da "Caspian Plaza"da keçiriləcək təqdimat mərasimi saat 13:00-da başlayacaq. Qeyd edək ki, Zaqatala klubu bu gün rusiyalı mütəxəssis Sergey Yuranla müqavilə bağlayıb. (PFL)
