18 iyul 2011 19:10
Qarabağ - Streymur matçının biletləri artıq satışdadı
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq “Qarabağ” – “Streymur” matçının biletləri artıq satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, ilk oyunda Farer adaları təmsilçisi ilə 1:1 bərabərə qalan komandamızın oyununa biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, eyni zamanda “Böyük Fırat” restoranlar şəbəkəsindən əldə edə bilərsiz.
Bilətlərin qiyməti sektorundan asılı olmayaraq (1-dən 28-ə qədər) 1 AZN, VİP D isə 10 AZN-di. 29-32-ci sektorlar isə dəvətnamə şəklindədi.
Xatırladaq ki, “Qarabağ” - “Streymur” cavab oyunu iyulun 21-də saat 21:00-da keçiriləcək.
