18 iyul 2011 20:22
Neftçi Bursaspora qarşı (FOTO)
Məlum olduğu kimi, bu gün “İnter”lə Türkiyənin “Bursaspor” klubu arasında yoldaşlıq görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, cəmi bir neçə dəqiqə sonra bu qarşılaşmanın start fiti səslənəcək.
Lakin maraqlıdı ki, Türkiyə klubunun rəsmiləri hələ də rəqiblərinin kimliyindən xəbərsiz kimi görünür. Məsələ burasındadı ki, qardaş ölkə klubunun rəsmi saytında bu günkü rəqibləri qismində “İnter” yox, Azərbaycanın digər klubu... “Neftçi” göstərilib.
Halbuki, Azərbaycan çempionu sabahkı UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) ilə cavab oyununa hazırlaşır.
