18 iyul 2011 21:20

Krunoslav Yurçiç: Neftçini məğlub etmək üçün hər şeyi edəcəyik

Xorvatiya çempionu “Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç UEFA Çempionlar Liqasının sabah keçiriləcək “Neftçi” ilə oyunu öncəsi bu gün Bakıda jurnalistlərin suallarını cavablayıb. Azerisport.az xəbər verir ki, ilk oyunda 3:0 hesablı qələbəyə sevinmiş Zaqreb təmsilçisinin çalışdırıcısı öncə bunları dilə gətirib:

- Sabah bizi çətin və çox vacib oyun gözləyir. Biz öz rəqibimizə hörmətlə yanaşırıq. Hətta ilk oyunda qazandığımız 3:0 hesablı qələbəyə rəğmən, burda da əlimizdən gələni etməliyik. Öz yetirmələrimdən yaxşı oyun gözləyirəm. Hesab edirəm ki, futbolçularım yaxşı oynayıb qələbə qazanacaq. Şadam ki, komandada zədəli yoxdu. Bilirəm ki, rəqib ilk oyundakı yenilgidən sonra cavab matçına çox yaxşı köklənib və doğma meydanda layiqli oynayıb, qələbə qazanmaq istəyir. Amma biz də qələbə qazanmaq üçün hər şeyi edəcəyik.
 
- Bakının istisi komandanıza problem yaratmayacaq ki?
- Bakının havasını mən elə Zaqrebdəkinə bənzədirəm. Biz orda “Neftçi” ilə 40 dərəcə istidə oynadıq. Odu ki, burdakı isti bizə problem yarada bilməz.
 
- “Neftçi”nin ilk dəqiqələrdən hücuma atılmasına və pressinqinə hazırsızmı?
- Şübhəsiz, 0:3 hesablı yenilgidən sonra erkən qol vurmağa çalışacaqlar. Bilirəm ki, ilk dəqiqələrdən hücuma atılacaqlar. Xüsusilə də ilk 15-20 dəqiqədə çoxlu hücumlar olacaq. Amma biz qapımız qarşısında istənilən təhlükəni sovuşdurmağa hazırıq.

- “Neftçi”də kim daha təhlükəlidi?
- Onların bir neçə təcrübəli futbolçuları var. Xüsusilə də Slavço Georgiyevski ilə Flavinyonu qeyd edərdim. Bu futbolçular həqiqətən yüksək səviyyəlidilər.
 
- Əgər “Dinamo” böyükhesabla uduzub avrokuboklardan uzaq qalsa, necə olacaq?
- Mən belə fərziyyəyə əsaslanan suallara cavab vermək istəmirəm.
 
- Son həftə ərzində komandada nə kimi dəyişiklik olub?
- Mənim futbolçularım öz formalarını saxlayıblar. Necə idilərsə, yenə elədilər. Heç nə dəyişiklik olmayacaq. Biz özümüzü yaxşı hiss edirik.
 
- Siz artıq növbəti mərhələdəki rəqiblərin – HJK (Finlandiya) ilə “Bangor City”ni (Uels) öyrənməyə başlamısız?
- Biz “Neftçi”yə hörmək edirik. Bakılıları keçmədən başqa  komandalar haqda düşünmək biz tərəfdən düzgün olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.